Yeni qərara əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata yüksəldilib. Mövzu ilə bağlı tanınmış sosioloq Elçin Bayramlı Yenifikir.media-ya açıqlama verib. O bildirib ki, istilik tariflərinin tez-tez artırılmasının heç bir iqtisadi əsaslandırması yoxdur:

“Son illərdə nə suyun, nə də qazın qiymətində artım müşahidə olunmayıb. Bu baxımdan, ‘Azəristiliktəchizat’ qiymətləri qaldırmaq əvəzinə, göstərdiyi xidmətin keyfiyyətini və əhatə dairəsini genişləndirməlidir. Sovet dövrü ilə müqayisədə hazırda ən azı 100 dəfə az mənzilə istilik verilir, verilən xidmətlər də keyfiyyətsizdir.”

Elçin Bayramlı əlavə edib ki, əvvəlki qiymət artımı zamanı da xidmətin yaxşılaşacağı vədi verilmişdi, lakin nəticə müşahidə olunmadı:

“Bu dəfə də hər hansı müsbət dəyişiklik gözləmirik. Kommunal xidmətlərin tariflərinin yüksəldilməsi sosial təminat baxımından zəif təbəqələr üçün ciddi çətinlik yaradır. Heç bir əsaslı arqument olmadan qiymət artımı bu qurumun üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmədiyini göstərir.”

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir