Suriya Prezidenti Əhməd Şara Rusiyaya səfəri çərçivəsində Moskavada Vladimir Putinlə görüşüb. Tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini və münasibətlərin bərpasını müzakirə ediblər.

Putin “Dünya yeni Suriyanı tanıyır və bu prosesdə Rusiyanın rolu böyük olacaq” deyib. Şəra isə “Rusiya ilə əvvəlki razılaşmalara sadiq qalırıq və əlaqələri yenidən qururuq” bildirib.

Şaranın səfəri zamanı devrilmiş lider Bəşər Əsədin ailəsi ilə şəhər gəzintisinə çıxdığı görüntülər yayılıb.

Qeyd edək ki, ötən həftə Suriya məhkəməsi Əsəd barəsində qiyabi həbs qərarı çıxarıb. O, adam öldürmə və işgəncə kimi ağır cinayətlərdə ittiham olunur.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir