Xəbər verdiyimiz kimi Suriyanın keçid dövrü Prezidenti Əhməd Şaraa, sentyabrın 21-də BMT Baş Assambleyasının iclasına qatılmaq üçün Nyu-Yorka səfərə gəlib. Yenifikir.media xəbər verir ki, Şaraanın səfəri, Suriyanın yeni rəhbərliyinin beynəlxalq əlaqələri gücləndirməsi baxımından əhəmiyyətli addım sayılır.
Şaraa, 1967-ci ildən sonra BMT toplantısına qatılan ilk Suriya lideridir. Şaraanın və nümayəndə heyətinin ABŞ-a gəlməsi üçün 21–25 sentyabr arası qüvvədə olacaq xüsusi viza verilib.
Qeyd edək ki, Şaraa əvvəllər HTŞ qruplaşmasının rəhbəri olub və ABŞ onu “terrorçu” elan edərək tutulmasına kömək edəcək şəxslərə 10 milyon dollar mükafat vəd etmişdi.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin