Belçikalı siyasətçi Theo Francken Rusiya Prezidenti Vladimir Putinin Brüsseli vuracağından narahat olmadığını deyib.

“ƏGƏR MOSKVA BRÜSSELƏ RAKET ATSA, ONU XƏRİTƏDƏN SİLƏRİK”

O bildirib ki, Brüssel NATO-nun mərkəzidir və belə bir hücum olarsa, cavab çox sərt olacaq.

Francken Trampın NATO öhdəliklərinə sadiq qalacağına əminliyini ifadə edib: “Tramp müttəfiqləri qoruyacaq, Putin isə Brüsselə hücum etməyə cəsarət etməz.”

O, həmçinin Rusiya və Çinin gələcəkdə Qərbə qarşı birgə hərəkət edə biləcəyini də söyləyib. Franckenin sözlərinə görə, Çin müharibənin uzanmasını istəyir, Tayvanı geri almağa çalışacaq, ABŞ isə diqqətini Sakit okeana yönəldir.

“Tezliklə Avropada 600 F-35 olacaq. Ruslar onlardan qorxur, çünki onları radarda görə bilmirlər,” – deyə o əlavə edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir