Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki bildirib ki, Pakistan nümayəndə heyətinin “məntiqli olmayan” tələbləri danışıqları dalana salıb.Onun sözlərinə görə, Pakistan Əfqanıstandan “öz ərazisində bir daha təhlükəsizlik hadisəsi baş verməyəcəyinə zəmanət” istəyib. Muttaki bu tələbin real olmadığını deyib və ölkəsinin ərazi bütövlüyünü qoruyacağını vurğulayıb.O, həmçinin Pakistanın təzyiq məqsədilə ticarət yollarını bağladığını qeyd edib.

Xatırladaq ki, sərhəd toqquşmalarından sonra Türkiyə və Qətərin vasitəçiliyi ilə atəşkəs elan olunmuşdu. Lakin son görüşlərdən sonra danışıqlar nəticəsiz başa çatıb və dayandırılıb.Tərəflər hələ də sərhəd təhlükəsizliyi və ticarət məsələlərində razılığa gələ bilməyib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir