Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə cari ilin yanvar–noyabr aylarında ümumilikdə 25 milyon müraciət qeydə alınıb.Bu müddət ərzində ölkənin sosial reyestri hesab olunan “e-sosial” portalından 15,4 milyon dəfə istifadə edilib, 235 min sosial təyinat isə elektron infrastruktur üzərindən, proaktiv qaydada və vətəndaş müraciəti olmadan həyata keçirilib.Son illərdə sosial sahədə reallaşdırılan genişmiqyaslı elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin xidmətlərinin 90 faizdən çoxu elektron formada təqdim olunur. Bununla yanaşı, bir sıra proaktiv xidmətlər, geniş funksional imkanlara malik “e-sosial” portalı və “Əmək və Məşğulluq” altsistemi aktiv fəaliyyət göstərir.
Nazirliyin elektron sistemlərinin 80-dək dövlət və özəl qurumun informasiya bazaları ilə inteqrasiyası təmin edilib. Həmin qurumlar üzrə daxil olan sorğular da nəzərə alınmaqla, 2025-ci ilin ilk 11 ayı ərzində Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmətlərin ümumi sayı 427 milyona çatıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

