Telegramın yaradıcısı Pavel Durov 19 oktyabrda Fransadakı Luvr muzeyində baş verən oğurluqla bağlı “X” sosial şəbəkəsində paylaşım edib. Yenifikir.media xəbər verir ki, Pavel Durov qeyd edib ki, dünyanın ən qorunan muzeylərindən birində oğurluğun baş verməsi Fransanın zəifləməsinin göstəricisidir.

“Məni Luvrun oğurlanması təəccübləndirmədi. Bu hadisə bir vaxtlar böyük olan ölkənin tənəzzülünün daha bir sübutudur. Hökumət real problemləri həll etmək əvəzinə, insanları saxta təhlükələrlə məşğul edir,” – deyə Durov vurğulayıb.

Məlumata görə, oğrular Luvrun Apollon qalereyasındakı Napoleon və Fransa hökmdarlarına aid ekspozisiyanı qarət ediblər. Onlar təxminən doqquz qiymətli əşyanı – boyunbağı, bross və diademi aparıblar.

Durov bundan əvvəl də Avropa İttifaqını tənqid edərək, qurumun vətəndaşların hər telefondakı mesajlarını izləməyə imkan verən qanun qəbul etmək istədiyini bildirmişdi.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir