ABŞ-ın Pew Araşdırma Mərkəzi dünyanın ən az dindar ölkələrini açıqlayıb. Siyahıya görə, Çin birinci sırada, Avropa və Asiyadan bir çox ölkə isə ilk 10-a daxil olub.
Xoşbəxtlik səviyyəsi ilə tanınan Norveçdə əhalinin 62%-i özünü dindar hesab etmir. Dünyanın ən sıx əhalili ölkələrindən Vyetnamda əhalinin 63%-i dindar olmadığını bildirib. Əksəriyyəti Buddist olan Honq Konqda da 63% nisbətində inancsızlıq mövcuddur. Nisbətən az əhali sıxlığına baxmayaraq Avstraliyada da əhalinin 63%-i dindar deyil. Miqrant qəbul edən Belçikada əhalinin 64%-i özünü ateist və ya inancsız hesab edir.
Azərbaycan 64% nisbət ilə ən az dindar ölkələr siyahısında 5-ci sırada yer alıb. Krallıq ailəsi ilə tez-tez gündəmə gələn İngiltərədə əhalinin 69%-i dindar olmadığını bildirib. Qaydalarına sadiqliyi ilə tanınan Çexiyada 72% nisbət ilə üçüncü sırada, İsveçdə isə əhalinin 73%-i dindar deyil.
1,4 milyarddan çox əhalisi ilə dünyanın ən sıx əhalili ölkəsi Çin isə 90% nisbət ilə siyahının birinci yerində qərarlaşıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

