Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icraatında olan cinayət işi üzrə təqsirləndirilən iş adamı Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.Məlumata görə, istintaq orqanı bununla bağlı Səbail Rayon Məhkəməsinə təqdimat göndərib. Məhkəmə təqdimata baxaraq onu təmin edib və təqsirləndirilən şəxs barəsində həbs müddətinin artırılması barədə qərar çıxarıb.Xatırladaq ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX əməkdaşları tərəfindən saxlanılıb. O, istintaq tərəfindən iqtisadi təhlükəsizliyə zərər vurmaqda, eləcə də xüsusilə külli miqdarda mənimsəmə faktlarında ittiham olunur. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir