İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüş keçirib. Görüşdə sahibkarların vergi qanunvericiliyinin tətbiqi zamanı qarşılaşdıqları çətinliklər müzakirə olunub və onların təklifləri öyrənilib.
DVX-in Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov görüşlərin sahəvi problemlərin araşdırılması və gələcək vergi siyasətinin hazırlanması baxımından əhəmiyyətini vurğulayıb. Assosiasiya sədri Səkinə Babayeva isə bu cür dialoqların dövlət və özəl sektor arasında əlaqələri gücləndirdiyini qeyd edib.
Üzvlər əsasən tibb sektorunda vergilərin tətbiqi, büdcədən artıq ödənilmiş vəsaitlərin qaytarılması və bəzi xərclərin rəsmi tanınması üzrə təkliflərini təqdim edib. Təkliflərin bir qismi gələcəkdə baxılması üçün qeydə alınıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

