İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) işə qəbul olmaq istəyən namizədlər üçün sənəd qəbulu davam edir. Müsabiqəyə qoşulmaq istəyənlərə vaxt daralır — müraciət üçün cəmi 3 gün qalıb.
DVX-dən bildirilib ki, namizədlər elektron ərizə formasını doldurmaqla müsabiqədə iştirak edə bilərlər. Qurum işaxtaran gəncləri və mütəxəssisləri fürsəti qaçırmamağa çağırır.
Qeyd edək ki, müsabiqə Dövlət Vergi Xidmətində karyera qurmaq istəyənlər üçün ənənəvi seçim mərhələlərindən biridir və uğur qazanan namizədlər dövlət vergi orqanlarında çalışma imkanı əldə edəcəklər.
Ətraflı məlumat üçün:
https://www.taxes.gov.az/az/post/4404
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

