Milli Məclisin qəbul etdiyi yeni qanun dəyişikliyinə əsasən, dövlət sektorunda çalışan şəxslərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması artıq Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiriləcək.

Bununla əlaqədar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilib.

Hazırda bütün işçilərin bu növ icbari sığortası özəl sığorta şirkətləri vasitəsilə aparılırdı. Yeni dəyişikliklər isə sığorta mexanizmini iki sistem üzrə bölgü ilə tənzimləyir:

Dövlət sektorunda çalışanların icbari sığortası DSMF tərəfindən,

Özəl sektorda və digər subyektlərdə çalışanların icbari sığortası isə özəl sığorta şirkətləri tərəfindən həyata keçiriləcək.

Bu yanaşmaya uyğun olaraq, müvafiq sığorta ödənişləri də sektorlar üzrə bölünəcək — dövlət və bələdiyyə sektoru üzrə ödənişləri DSMF, digər sahələr üzrə isə özəl sığorta şirkətləri təmin edəcək.

Dəyişikliklərin məqsədi dövlət sektorunda sığorta mexanizmlərinin daha mərkəzləşdirilmiş və effektiv şəkildə idarə olunmasıdır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir