Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbər şəxsləri görüş keçirib. Görüşdə kənd təsərrüfatı istiqamətində peşə kurslarının təşkili, fermerlərə dövlət dəstəyi və digər əməkdaşlıq məsələləri müzakirə olunub.
Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə təqdim olunan imkanlar barədə məlumat verərək birgə əməkdaşlığın vacibliyini vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə regionlarda keçirilən Aqrar Biznes Festivallarının məşğulluğun təşviqi və peşə bacarıqlarının inkişafında əhəmiyyətini qeyd edib.Görüş zamanı regionlarda aqrar və məşğulluq sahəsini əhatə edən birgə tədbirlərin təşkili, qarşılıqlı əlaqələrin gücləndirilməsi və yeni layihələrin icrası barədə razılıq əldə olunub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

