Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi region sakinləri üçün növbəti “Açıq qapı” gününü təşkil edir.
Təşkilatçıların açıqlamasına görə, tədbir 26 noyabr 2025-ci il tarixində, saat 10:00–13:00 aralığında keçiriləcək. Psixoloq və sosial işçilərin iştirakı ilə baş tutacaq səyyar görüşlər Bakı şəhəri Xəzər rayonu, eləcə də Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində təşkil olunacaq.
Tədbirin əsas məqsədi ailə, qadın və uşaq problemləri ilə bağlı vətəndaşlara birbaşa dəstək göstərmək, onların suallarını cavablandırmaq və zəruri məsləhətlər verməkdir. Komitə, region sakinlərini “Açıq qapı” günündə iştirak etməyə dəvət edib.
Bu səyyar görüşlər vətəndaşlarla birbaşa ünsiyyətin qurulması və ictimaiyyətin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

