İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev bölgə sakinləri ilə növbəti vətəndaş qəbulunu keçirəcək.Qəbul 27 yanvar 2026-cı il tarixində saat 11:00-da 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında təşkil olunacaq. Görüşün keçiriləcəyi ünvan Şirvan şəhəri, Naxçıvan küçəsi, 162-dir.
Qəbul zamanı Şirvan şəhəri, həmçinin Neftçala, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayonlarının sakinləri iştirak edə biləcəklər. Görüşün məqsədi vergi sahəsində vətəndaşları maraqlandıran məsələlərin dinlənilməsi və onların operativ həllinə dəstək göstərilməsidir.
Qəbula qatılmaq istəyən vətəndaşlar 21–23 yanvar 2026-cı il tarixlərində qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün 5 saylı Ərazi Vergilər İdarəsinə və ya Neftçala, Saatlı, Sabirabad, Salyan, Hacıqabul rayonlarında fəaliyyət göstərən Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinə müraciət etmək mümkündür. Bundan əlavə, 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla da qeydiyyat aparılır.
Qeydiyyatdan keçmiş vətəndaşlardan qəbul zamanı müraciət etdikləri mövzunu əhatə edən, məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.
DVX tərəfindən keçirilən bu kimi görüşlər vergi ödəyiciləri ilə dövlət qurumları arasında əlaqələrin möhkəmləndirilməsinə və problemlərin yerində həllinə xidmət edir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir