İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Dövlət Vergi Xidməti strateji inkişaf mərhələsində: təşkilati dəyişikliklər və gözləntilər” mövzusunda daxili kommunikasiya və komanda quruculuğu tədbiri təşkil edib.Tədbirin rəsmi hissəsində DVX-nin 2025-ci il üzrə fəaliyyətinin yekunları təqdim olunub, strateji inkişaf çərçivəsində həyata keçirilən təşkilati dəyişikliklər və yeni idarəetmə yanaşmaları barədə məlumat verilib. Eyni zamanda, gələcək fəaliyyətlə bağlı əsas gözləntilər müzakirə olunub.Komanda quruculuğu sessiyasında isə DVX-nin təşkilati dəyərlərinin gündəlik iş proseslərinə inteqrasiyası və institusional prinsiplərin gücləndirilməsi əsas diqqət mərkəzində olub. Tədbir əməkdaşların birgə fəaliyyətini gücləndirmək və vahid korporativ mədəniyyətin formalaşdırılmasına xidmət edib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir