İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) maliyyə institutları üçün Ümumi Hesabatlılıq Standartı (CRS) və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) üzrə təlim təşkil edib.Təlim DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin təşkilatçılığı ilə keçirilib və məqsəd maliyyə institutlarının CRS və FATCA öhdəlikləri barədə məlumatlılığını artırmaq, qanunvericilik tələblərini izah etmək və praktiki bacarıqlarını gücləndirmək olub. Tədbirdə beynəlxalq standartların ölkəmizdə tətbiqi və Azərbaycanın vergi sahəsində nüfuzunun artırılmasının prioritet istiqamətlərdən biri olduğu qeyd edilib.
Təlim çərçivəsində CRS və FATCA-nın əsas prinsipləri, müştərilərin vergi rezidentliyinin müəyyənləşdirilməsi, məlumatların toplanması və vergi orqanına təqdim olunması prosedurları, həmçinin beynəlxalq avtomatik məlumat mübadiləsi mexanizmləri iştirakçılara ətraflı izah edilib. Eyni zamanda, hesabatlarda rast gəlinən uyğunsuzluqlar, potensial risklər və onların aradan qaldırılması yolları müzakirə olunub.Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir