Səninlə yol gəlib neçə nəsillər,
Xoşbəxt xatirəsin saxlayıb illər,
Rəngini ətrindən alıb fəsillər,
Sumqayıt – dost kimi doğma şəhərim!

Günəşli günlərdə təmiz havada,
Sakit küçələrli aydın səmada,
Gəzib addım-addım sənlə piyada,
Sumqayıt – dost kimi doğma şəhərim!

Neçə könüllərdən axan diləklər,
İstəklər əlindən tutan ürəklər,
Səs çəkir sevgisin qatan ürəklər,
Sumqayıt – dost kimi doğma şəhərim!

Ey gənclik haraylı çağlayan, coşan,
Ümidli xəyala sətirlər qoşan,
Eşqiylə cəzb edən, qəlblərdə daşan,
Sumqayıt – dost kimi doğma şəhərim!

Sirrli ürəklərin əziz sirdaşı,
Xəyallı yolların gözəl yoldaşı,
Qədim Bakımızın cavan qardaşı!
Sumqayıt – dost kimi doğma şəhərim!

Görən kimsələrin gülən üzünə,
Sevgisin yaddaşa, salan sözünə,
Camal, milyonları aşiq özünə,
Sumqayıt – dost kimi doğma şəhərim!

Camal Cəfər
30.12.25

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir