Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriev “X” sosial şəbəkəsində bildirib ki, 15 avqust 2025-ci ildə Alyaskada keçiriləcək Vladimir Putin–Donald Tramp görüşü sülh və qlobal təhlükəsizlik gətirəcək.
Razılaşma, Trampın elçisi Stiv Uitkoffun 6 avqustdakı Moskva səfərində əldə olunub. WSJ bildirir ki, Rusiya DNR-in qalan hissəsinin verilməsi və cəbhə xəttinin, o cümlədən Zaporojye və Xersonda dondurulmasını təklif edir.
NATO baş katibi Mark Ryutte görüşün ərazi və təhlükəsizlik danışıqlarına yol aça biləcəyini, Aİ rəhbəri Kaya Kallas isə 11 avqustda mövzunun Aİ XİN-lərində müzakirə olunacağını açıqlayıb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin