Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi (DMA) ilə AZCON Holding-ə daxil olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında işgüzar görüş keçirilib.Görüşdə DMA-nın Azərbaycan vətəndaşlarının xarici ölkələrdə rəsmi və təhlükəsiz işlə təmin olunmasına yönəlmiş yeni layihəsi təqdim edilib. Bildirilib ki, layihə çərçivəsində vətəndaşlara təklif edilən vakansiyalar əvvəlcədən təhlükəsizlik, etibarlılıq və hüquqi meyarlar üzrə ciddi şəkildə araşdırılır.
Müzakirələr zamanı qeyd olunub ki, təqdim olunan iş yerlərinin bir hissəsi dənizçilik və gəmiçilik sahəsini əhatə edir. Bu səbəbdən, ASCO ilə əməkdaşlıq imkanları xüsusi diqqət mərkəzində olub. ASCO-nun geniş beynəlxalq əlaqələrinin dənizçilik peşələri üzrə uyğun vakansiyaların müəyyənləşdirilməsi və etibarlı mənbələrə yönləndirilməsində mühüm rol oynaya biləcəyi vurğulanıb.
Tərəflər əməkdaşlığın Azərbaycan vətəndaşlarının xaricdə rəsmi və təhlükəsiz məşğulluğuna, eyni zamanda dənizçilik sahəsində ixtisaslı kadr potensialının daha səmərəli idarə olunmasına töhfə verəcəyini qeyd ediblər.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir