Dinin siyasiləşdirilməsi və ya siyasətə alət edilməsi yaxud siyasətin dini təbliğata vasitə kimi təqdim olunması yanlışdır. Dinin siyasət aləti kimi istifadə olunması əsasən teokratik rejimlərdə baş verir. Din partiya deyil, peyğəmbərlər də siyasi lider deyil.
Məzhəbçilik və ya məzhəbləşmə əsasən dindən siyasi məqsədlər üçün istifadə edildikdə geniş vüsət alır. Əslində İslam təriqət və məzhəblərinin əksəriyyəti siyasi səbəblərdən yaranıb. Sünnilik və şiəliyin ilk yaranma səbəbi sırf siyasidir. Dini və siyasəti bir – birinə qatmasaq ayrılıqda faydalıdır. Lakin qatışdıqda siyasət dini əridir, təhrif edir, hədəfini dəyişir.

Din əsasən cəmiyyətin mənəvi, əxlaqi, mədəni yöndən kamilləşməsinə xidmət etməlidir. Din elmli, təhsilli, əxlaqlı, mənəviyyatlı, vicdanlı cəmiyyət yetişdirə bilsə yaxud mövcud cəmiyyəti bu dəyərlərlə zənginləşdirsə bütün sahələrdə ədalət, humanizm prinsiplərinə sadiqlik lübüdləşər…

Tural İrfan
Teopolitoloq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir