Daxili İşlər Nazirliyi antiterror əməliyyatları zamanı şəhid olmuş polis və daxili qoşun əməkdaşlarının xatirəsinə həsr edilən açıq cüdo çempionatına ev sahibliyi edib.DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayının birgə təşkil etdiyi turnirdə nazirliyin əməkdaşları ilə yanaşı digər dövlət qurumlarının xüsusi rütbəli əməkdaşları da iştirak ediblər. Yarışı şəhid ailələrinin üzvləri, yüksək vəzifəli rəsmilər və Azərbaycan Cüdo Federasiyasının nümayəndələri izləyiblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Şəhid ailələrinin nümayəndələri oğullarının xatirəsinin hər zaman uca tutulduğunu, dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini qeyd ediblər.
Yarışlar gün ərzində gərgin mübarizə şəraitində davam edib. Final mərhələsindən sonra qaliblərə medal, fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub. Çempionatın ümumi qalibi olan DİN-in cüdo komandası isə xüsusi kubokla mükafatlandırılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

