Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 38 cinayət faktı, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 9 hadisənin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Yenifikir.media bildirir ki, axtarışda olan ümumilikdə 123 nəfər, o cümlədən borc səbəbindən axtarılan 108 şəxs saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.
Həmin gün narkotiklərlə əlaqəli 15 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 13 hal müəyyən olunub.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 35 nəfər polis tərəfindən saxlanılıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

