Venesuela prezidenti Nikolas Maduronun saxlanılaraq ABŞ-a saxlanılmasından sonra onun səlahiyyətlərini kimin icra edəcəyi rəsmən müəyyənləşib.Vitse-prezident Delsi Rodriges Milli Assambleyada and içərək rəsmi olaraq müvəqqəti prezident vəzifəsini icra etməyə başlayıb.And içdikdən sonra çıxış edən Delsi Rodrigez deyib: “ABŞ-da girov saxlanılan iki qəhrəmanımız, prezidentimiz Nikolas Maduro və (həyat yoldaşı) Siliya Floresin qaçırılmasından dərin kədər hissi ilə buradayam”.
Müvəqqəti prezidentliyə başlayan Rodriges, ölkəsi azad və suveren bir millət kimi layiq olduğu səviyyəyə çatana qədər Venesuela xalqının gələcəyini təmin etmək üçün yorulmadan çalışacağına and içdiyini bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

