Azərbaycan Respublikası Maliyyə Nazirliyi dekabrın 16-da dövlət istiqrazlarının Bakı Fond Birjasında hərracını keçirəcək. Hərracda kuponlu, ortamüddətli dövlət istiqrazları satışa çıxarılacaq.İstiqrazların nominal dəyəri 100 manat olmaqla, ümumi 600 min ədəd, yəni 60 milyon manatlıq istiqraz buraxılacaq. Kupon dərəcəsi 7,5% təşkil edir, tədavül müddəti 1080 gündür. Kupon ödənişləri 2026-cı ilin aprelin və oktyabrın 7-də, 2027 və 2028-ci illərdə müvafiq olaraq aprelin və oktyabrın 7-də həyata keçiriləcək. Əsas məbləğin ödənişi isə 2028-ci ilin 7 oktyabr tarixinə planlaşdırılıb.
Hərracda qeyri-rəqabətli sifarişlər buraxılışın 20%-dən artıq olmamaq şərti ilə qəbul ediləcək. Eyni zamanda, verilən sifarişlərin həcminin buraxılışın 20%-dən aşağı olduğu halda, emitent onları qəbul etməyə bilər. İstiqrazlara tələb yüksək olduqda, emitent təklif edilən istiqrazların həcmini 100%-dək artırmaq hüququna malikdir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

