Dekabrın 22-də Daxili İşlər Nazirliyi Bakı şəhərində gənclərin növbəti sıra baxışını keçirib. Tədbirə ölkə üzrə polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclər qatılıb.Seçim turunun nəticələrinə görə, onlayn müraciət etmiş 120 nəfər daha hazırlıqlı gənc növbəti mərhələyə keçib. Onlardan 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır.Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov gənclərlə görüşdə onları gələcək xidmətlərində uğur qazanmağa çağırıb və tövsiyələrini çatdırıb.
Qeyd edilir ki, 2025-ci il ərzində nazir Vilayət Eyvazov tərəfindən ölkə üzrə 21 sıra baxışı keçirilib. Ümumilikdə 4 392 nəfər seçim mərhələlərinə qatılmaq hüququ qazanıb, onlardan 435-i Vətən müharibəsi iştirakçısıdır.Bu tədbir gənclərin polis və daxili qoşunlarda xidmət üçün hazırlıqlarını gücləndirmək və gələcək karyeralarına dəstək olmaq məqsədilə həyata keçirilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

