Noyabrın 27-də Daxili İşlər Nazirliyi (DİN) gənclərin növbəti sıra baxışını təşkil edib. Tədbir Bakı şəhərində keçirilib və polis orqanları ilə daxili qoşunlarda xidmət etmək istəyən gənclər iştirak edib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov onlayn müraciət etmiş gənclər arasından daha hazırlıqlı olan 166 nəfərin seçim turunun növbəti mərhələsinə keçməsinə qərar verib. Onlardan 9 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Nazir gənclərlə görüşündə onların gələcək fəaliyyətlərinə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb. Qeyd olunub ki, seçilmiş gənclər növbəti mərhələlərdən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul olunacaqlar.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

