Danimarka Qrenlandiyada hərbi mövcudluğunu artırır.Danimarka Silahlı Qüvvələri bildirir ki, bu addım NATO müttəfiqləri ilə birlikdə təlimlərin aktivləşdirilməsi və adada hərbi fəaliyyətin genişləndirilməsi məqsədi daşıyır. 2026-cı ildə təlimlərə kritik infrastrukturu qoruma, yerli hakimiyyət və polisə dəstək, NATO qoşunlarının gəlişi, döyüş təyyarələrinin yerləşdirilməsi və dəniz əməliyyatları daxildir.Qeyd edək ki,Qrenlandiya Danimarka Krallığının tərkibindədir və 2009-cu ildən muxtariyyət qazanıb. ABŞ Prezidenti Donald Tramp adanın strateji əhəmiyyətinə görə onu ABŞ-a qatmaq istədiyini açıqlayıb, lakin Danimarka və Qrenlandiya ərazi bütövlüyünün qorunmasını tələb edir.Hərbi mövcudluğun artırılması Arktikadakı geosiyasi gərginlik fonunda həyata keçirilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

