Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonu M. Mehdizadə və N. Aslanov adına tam orta məktəblərin, eləcə də Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin şagirdləri üçün ekoloji maarifləndirici görüşlər təşkil edilib.
Görüşləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarələrinin əməkdaşları keçirib. Şagirdlərə ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan səmərəli istifadə yolları, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ekoloji tədbirlər, həmçinin flora və fauna növlərinin qorunması haqqında geniş məlumat verilib. Görüşlər zamanı şagirdlərin sualları da cavablandırılıb.
Təşkil olunan maarifləndirici görüşlərin əsas məqsədi yeniyetmələrdə təbiətin qorunması ilə bağlı bilik və bacarıqları artırmaq, ekoloji məsuliyyət hissini gücləndirmək və ekoloji davranış vərdişlərini formalaşdırmaqdır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

