ABŞ-nin Corc Vaşinqton Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) səfərdə olub.
Nümayəndə heyətinə universitetin Qlobal akademik tərəfdaşlıqlar üzrə prorektoru Sevinc Məmmədova, Elliott Beynəlxalq Münasibətlər Məktəbinin dekanı Ben Hopkins, Təhsil və İnsan İnkişafı üzrə Ali Məktəbin dekanı Lionel Hovard və Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin dekanı Jason Zaradan daxildir.
Görüş zamanı yüksəkixtisaslı kadrların hazırlanması, akademik əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Qonaqlar BANM-in tədris və infrastruktur imkanları, laboratoriyaları və Rəqəmsal Biliklər Liseyi ilə tanış olublar. Həmçinin BANM-in akademik və inzibati heyəti ilə görüş keçirilib.
Səfər çərçivəsində nümayəndə heyəti tələbələrlə də görüşüb. Görüş zamanı tələbələrin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

















