Çində qəbul olunmuş bir qanuna əsasən, yaşlı valideynlərini atan şəxslər işə qəbul edilmir, banklardan kredit ala bilmir, hətta təqaüddən də məhrum edilirlər. Bu, son dərəcə ədalətli bir addımdır. Əslində belə bir qanunun ölkəmizdə də qəbul edilməsinə böyük ehtiyac var. Çünki yaşlı valideynlərini incidən, onları qocalar evinə yerləşdirən, evini əlindən alan kifayət qədər nankor övlad mövcuddur.

Qurani-Kərimdə övladın valideyninə “uf” belə deməməsi əmr olunur. Peyğəmbər (s.ə.s.) buyurub ki, əgər Allahdan başqasına səcdə icazə verilsəydi, mən ataya səcdə etməyi əmr edərdim. Ana haqqında isə “Cənnət anaların ayaqları altındadır” kəlamı ilə ən yüksək dəyər ifadə olunmuşdur.

Təəssüf ki, pis vərdişlərə qurşanan, anasını dilənçi gününə salan, xaricə gedib oradan dövlət əleyhinə söyüş kampaniyası apararaq valideynlərinin üzünü qara edən, atasını zibil qutusunda çörək axtarmağa məcbur edən nə qədər naxələf “övlad” var. Yaşlı insan uşaq kimi saf və mələk kimi mübarəkdir. Onu ahıl və çarəsiz vaxtında tərk edən övlad, əslində, ən qəddar cinayətkardan da amansızdır. Belə birisi, şübhəsiz ki, dövlətinə, xalqına, Vətəninə qarşı da xəyanət edə bilər.

Bu baxımdan, valideynlərinə sahib çıxmayan, əksinə onlara əzab verən şəxslərə qarşı məhdudiyyətlər tətbiq olunmalıdır. Təklif edirəm ki, ata-anasına baxmayan və onları xəstə, qoca çağında əziyyətə salan şəxslərə qarşı qanunla cəzalandırıcı tədbirlər görülsün: onlara kredit verilməsin, dövlət işinə qəbul edilməsin, ictimai-mədəni tədbirlərdə iştirakı qadağan olunsun, xaricdədirsə ölkəyə buraxılmasın.

Çünki öz ata-anasının qədrini bilməyən bir insan, məmur olub xalqın ata-analarına qayğı göstərə bilməz. Bu mümkün deyil. Ona görə də vacibdir ki, bizdə də Çində olduğu kimi, valideynlərinə baxmayan nankor övladlar barədə xüsusi qanun qəbul edilsin.

Tural İrfan

İlahiyyatçı-yazar

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir