Türkiyədə Çindən suvenir idxalının azalması yerli istehsalçıların işlərini artırıb. İstehsalçı Temel Samangül bildirib ki, yerli suvenir istehsalçıları hazırda ən yaxşı dövrlərindən birini yaşayır.Onun sözlərinə görə, daxili və xaricdən gələn sifarişlərin çoxluğu səbəbindən bəzi sifarişləri qəbul edə bilmirlər. Ən çox boyunbağı və breloklara tələbat var.
Samangül həmçinin körpələrin ilk süd dişi, saç və dırnağından hazırlanan fərdi boyunbağılara da tələbatın artdığını bildirib. Bu məhsullar 75 TL-dən satışa çıxarılır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

