Çin və Yaponiya arasında Tayvan məsələsi ilə bağlı gərginlik artıb. Pekin, Tokionun Tayvana yaxın Yonaguni adasına orta mənzilli raketlər yerləşdirmə planını ciddi təhlükə hesab edir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib ki, bu addım bölgədə hərbi gərginlik yaradır və Yaponiyanın sağçı liderlərinin pasifist konstitusiyanı dəyişərək yenidən hərbiləşmək cəhdlərini əks etdirir.
Yaponiyanın müdafiə naziri Şincirō Koizumi isə raket sisteminin ölkəyə qarşı hücum riskini azaltdığını, bölgədə gərginlik yaratmayacağını bildirib. Yonaguni adası Tayvandan 110 kilometr məsafədə yerləşir və 1700 nəfər əhali yaşayır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

