Çin öz ticarətində dollar əvəzinə yuandan istifadə etməyə başlayıb, amma hələ dünya üzrə əsas valyuta olmaq niyyətində deyil.

Ölkənin sərhədlərarası əməliyyatlarının yarısından çoxu artıq yuanda aparılır. 2009-cu ildən başlanan bu proses 2023-cü ildə malların və xidmətlərin ticarətində 30%-ə, bütün ödənişlərdə isə 53%-ə çatıb.

SWIFT-də yuana pay az görünür, çünki Çin öz CIPS sistemi ilə ödənişləri idarə edir. 2025-ci ilin ilk yarısında CIPS vasitəsilə $12,7 trilyon dəyərində əməliyyat həyata keçirilib.

Çin həmçinin kliring mərkəzləri açır, digital yuan test edir və 50-dən çox ölkə ilə valyuta svopları razılaşdırır. Məqsəd dolları tam əvəz etmək deyil, regionlarda yuana əsaslanan sistem yaratmaqdır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir