Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa bildirib ki, Rusiya və Ukrayna prezidentlərinin görüşü yalnız sülh istəyi olarsa baş tuta bilər. Onun sözlərinə görə, Zelenski belə iradə göstərmir və Avropa ölkələrinin təsiri altında hərəkət edir.
Çepa vurğulayıb ki, görüş real sülhə xidmət etməli və münaqişənin təkrarlanmasına imkan verməməlidir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Putin və Zelenski hələ görüşə hazır deyil, lakin İstanbul formatının davamına qarşı çıxmırlar. ABŞ prezidenti Donald Tramp isə üçtərəfli danışıqları mümkün, ikitərəfli görüşü isə şübhəli hesab edir.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

