ABŞ Prezidentı Donald Trampın Rusiya–Ukrayna müharibəsini bitirmək üçün hazırladığı barış planı Cenevrədə başlayan görüşlərdə dəyərləndirilir. Danışıqlarda Böyük Britaniya, Fransa və Almaniyadan rəsmilər iştirak edir. ABŞ nümayəndə heyətinə Dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Vitkofun rəhbərlik edəcəyi gözlənilir.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, Ukrayna heyətinin danışıqlara başladığını və Qərb ölkələrinin təhlükəsizlik müşavirləri ilə ilk görüşün keçirildiyini bildirib. Növbəti görüş ABŞ tərəfi ilə olacaq.
ABŞ rəsmiləri danışıqların ilkin xarakter daşıdığını və məqsədlərinin “Ukrayna üçün ən güclü nəticəni əldə etmək” olduğunu açıqlayıb.
Tramp administrasiyasının 28 maddəlik planı Kiyevə təqdim edilib. Putin planı müzakirəyə hazır olduğunu, Zelenski isə barış axtarışında milli maraqlardan geri çəkilməyəcəklərini bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

