Beşiktaşın sabiq futbolçusu Orkan Çınar futbol karyerasını başa vurduqdan sonra Bursanın İnegöl rayonunda dönər dükanı açıb.

Yenifikir.media xəbər verir ki, 30 yaşlı Orkan Çınar futbola Almaniyada başlayıb, 2017-ci ildə Beşiktaşa transfer olunub və Çempionlar Liqasında “RB Leypsiq”ə qarşı oyunda asist edib. Son olaraq “Adanaspor”un heyətində çıxış edən futbolçu 29 yaşında karyerasını yekunlaşdırıb.

“Futbolu öz qərarımla dayandırdım. Futbol çox vaxt sözlərin əməl ilə uyğun gəlmədiyi bir sahədir. Atam 30 illik dönər ustasıdır, mən də ona güvənərək bu işə başladım”, – deyə Orkan Çınar bildirib.

Sosial mediada gördüyü dəstəkdən məmnun qalan keçmiş futbolçu hazırda işlərinin yaxşı getdiyini deyib: “Məqsədim dönər markamı böyüdərək Türkiyənin müxtəlif bölgələrində filiallar açmaqdır.”

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir