Məşhur türk müğənnisi,Meqastar Tarkan İstanbulda təşkil olunan konsertində məşhur komediya aktyoru Cem Yılmazı səhnəyə dəvət edib.Səhnəyə dəvət olunan aktyor Tarkanla birlikdə “Kuzu Kuzu” mahnısını ifa edib və bu duet zalda böyük maraqla qarşılanıb. Konsertdən sonra Tarkan sosial şəbəkədə Cem Yılmazla fotolarını paylaşaraq ona təşəkkür edib.

Müğənni bildirib ki, bu duet konsertin ən yaddaqalan anlarından biri olub.Cem Yılmaz da öz növbəsində çıxışı “40 ildə bir olan hadisə” adlandırıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

