Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edib. Səfər çərçivəsində tərəfdaş ölkələrlə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra görüşlər keçirilib.
Cabbarov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşdə investisiya tərəfdaşlığının önəmi və ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparıb. Ticarət, enerji, sənaye, tranzit və turizm sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanları diqqət mərkəzində olub.
Həmçinin Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdə enerji və sərmayə sahələrində əməkdaşlığın gücləndirilməsi, neft-qaz sektoruna sərmayələrin artırılması və birgə layihələrin təşviqi müzakirə olunub. Görüşlərdə biznes dairələri arasında əlaqələrin fəal dəstəklənməsi də vurğulanıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

