Cəlilabadda bir məktəblinin digər bir məktəblini bıçaqlayaraq qətlə yetirməsi çox dəhşətli və ağrılıdır. Təəssüf ki, son zamanlar belə faciəvi hadisələrin sayı artıb. Məktəblərdə, xüsusilə də yeniyetmələr arasında şiddət və təhlükəli davranışların sayının çoxalması həm müəllimlərin, həm də valideynlərin diqqətini cəlb etməli olan ciddi bir məsələdir. Ailədə düzgün tərbiyə, düzgün münasibət və valideynlərin məsuliyyəti burada əsas rol oynayır. Məktəblərdə təhlükəsizliyi təmin etmək üçün ən qısa zamanda ciddi tədbirlər görülməlidir.

Ötən illərdə imtahanlar zamanı şagirdlərin üzəri yoxlanılarkən onların cibindən xeyli sayda kəsici, deşici alətlərin çıxdığına şahid olmuşam. Valideynlər övladlarının davranışına, üzərində gəzdirdikləri soyuq silahlara görə birbaşa məsuliyyət daşımalıdır. Soyuq silahların və kəsici alətlərin məktəbə girməsinin qarşısını almaq heç şübhəsiz ki, həm məktəb rəhbərliyinin, həm də valideynlərin ortaq məsuliyyətidir. Orta məktəblərdə hər ayın müxtəlif günlərində məktəbə daxil olan şagirdlərin üzəri qəflətən yoxlanılmalıdır. Üzərindən soyuq silah, kəsici-deşici alətlər, siqaret, alışqan, qəlyan tapılan şagirdlər cəzalanmalı, valideynlərinə xəbərdarlıq olunmalıdır. Ancaq düşünürəm ki, burada təkcə məktəb daxilindəki yoxlamalarla məhdudlaşmamalıyıq. Valideynlər evdə övladlarının davranışlarını daha yaxından izləməli, məktəbdəki davranışları ilə bağlı hər hansı təhlükəli vəziyyət haqqında məlumatlı olmalı və onları düzgün istiqamətləndirməlidirlər. Şiddət davranışlarının qarşısını almaq üçün həm məktəblərdə, həm də ailədə maarifləndirici söhbətlər aparılmalıdır. Belə faciələrin qarşısının alınması üçün həm də məktəblərdə psixoloji dəstək və davranış təlimləri artırılmalıdır. Yalnız cəzalanma deyil, profilaktik tədbirlər və daha çox maarifləndirmə ilə bu problemlər daha effektiv şəkildə həll oluna bilər.

Nəticədə hansısa məsuliyyətsiz valideynin düzgün tərbiyə edə bilmədiyi məktəbli başqa bir valideynin əziyyətlə böyütdüyü övladının həyatına son qoymamalıdır.

Təhsil eksperti Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir