Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi görmə məhdudiyyətli şəxslərin məşğulluğunu artırmaq məqsədilə yeni peşə hazırlığı kursu təşkil edib.Kurs Bərdədəki Qarabağ Peşə Hazırlığı Mərkəzində, Qarabağ “DOST Evi” ilə birgə, inklüziv yanaşma əsasında kompüter operatorluğu üzrə keçirilir. Görmə məhdudiyyətli şəxslərin cəlb edildiyi kursda onlara xüsusi proqram əsasında rəqəmsal bacarıqlar öyrədilir.
Bir ay davam edəcək kursun sonunda müdavimlər sertifikat alacaq və onların müvafiq sahələrdə işlə təmin olunmalarına dəstək göstəriləcək. Kurs həm məşğulluq imkanlarını genişləndirir, həm də bu şəxslərin cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

