Türkiyənin “Göztepe” futbol klubu qış transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirmək üçün işləri sürətləndirib. Romulo və Emersonun komandadan ayrılığından sonra forvet çatışmazlığı yaşayan klub, Braziliyanın “Gremio” komandasının 23 yaşlı hücumçusu Andre Henrike ilə yenidən maraqlanır.Yenifikir.media bildirir ki, İzmir təmsilçisi futbolçunu icarəyə götürüb müqaviləyə satınalma hüququ əlavə etmək istəyir. “Gremio” isə oyunçunu bonservislə satmaq tərəfdarıdır.
Tərəflər arasında danışıqlar davam edir və transferin yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.
Qeyd edək ki,Andre Henrike bu günə qədər “Gremio” ilə 70 oyuna çıxıb, 12 qol vurub və 5 asist edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

