ABŞ viza muafiyyəti proqramında yeni sərtləşdirmələr hazırlayır. Yeni qaydalar qəbul olunarsa, vizasız ölkələrdən gələn turistlərdən sosial media tarixçəsi, e-poçt ünvanları, ailə məlumatları və biometrik məlumatlar tələb ediləcək.Yenifikir.media bildirir ki,hazırda 42 ölkənin vətəndaşları elektron icazə ilə ABŞ-a vizasız daxil ola bilir, lakin yeni tənzimləmə bu prosesi daha ciddi edəcək.
Tramp administrasiyası isə bu il 85 mindən çox vizanı ləğv edib. Viza iptallarının yarısı cinayət ittihamları ilə bağlıdır. Çarli Kirk-in ölümünü “qutladığı” iddia edilən şəxslərin və Qəzza etirazları ilə əlaqələndirilən 8 mindən çox tələbənin vizası da ləğv olunub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

