Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), Kimya üzrə Nobel mükafatı laureatı professor Əziz Sancara vətəndaşlıq verib.
İstanbul Universitetinin Tibb fakültəsini bitirən Əziz Sancar ABŞ-da molekulyar biologiya sahəsində çalışıb. 1977-ci ildə DNT bərpası üzrə doktorluq dərəcəsi alıb. O, Nobel mükafatı daxil olmaqla, bir çox nüfuzlu mükafatlara layiq görülüb. 2025-ci ildə “Türk Dünyasının Mədəniyyət Elçisi” seçilib və ABŞ Milli Elmlər Akademiyasına daxil olan ilk türklərdən olub.
Qeyd edək ki Əzizın Sancar Türkiyə və ABŞ-dan sonra üçüncü vətəndaşlığı Şimali Kipr Türk Cümhuriyyətidir.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

