Türkiyənin Dənizli şəhərində yerləşən “Keloğlan” mağarasına girənlərin saçının uzandığına dair inam mövcuddur.Yenifikir.media bildir ki, əfsanəyə görə, Dənizlidə çobanlıq edən bir gənc bir qıza aşiq olur, lakin keçəl olduğu üçün onunla evlənməsinə icazə verilmir. Pərişan halda dağlara çıxan çoban bir mağaraya girir və uzun müddət orada qaldıqdan sonra saçlarının bitdiyini görür.
Bu gün Türkiyənin müxtəlif bölgələrindən insanlar mağaraya ziyarətə gəlirlər. Ziyarətçilər buranın doğurdan da möcüzəli olduğuna inandıqlarını bildirirlər, lakin indiyədək heç kimin saçının uzandığına dair fakt yoxdur.

Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

