ABŞ Dövlət Departamenti Amerika Birləşmiş Ştatları Barış İnstitutunun (USIP) adının “Donald J. Trump Barış İnstitutu” olaraq dəyişdirildiyini açıqlayıb. Bu addım Demokratik Konqo Respublikası ilə Ruanda arasında barış anlaşmasının imza gününə təsadüf edib.Yenifikir.media-nın məlumatına görə, Trampın adı institut binasının lövhəsinə əlavə olunub. Keçmiş USIP vəkili Corc Fut bu dəyişikliyi tənqid edib, Ağ Evin mətbuat katibinin müavini isə qərarı müdafiə edib. Qeyd olunur ki, əvvəlcə Tramp ABŞ Barış İnstitutunu (USIP) faktiki olaraq bağlamış və institutun əməkdaşlarını vəzifədən uzaqlaşdırmışdı. Hazırda hüquqi proses davam edir.

ABŞ Barış İnstitutu 1984-cü ildə Konqres tərəfindən yaradılıb və əsas məqsədi münaqişələrin sülh yolu ilə həllini təşviq etməkdir.İnstitut :

dünyada münaqişələrin qarşısının alınması və sülhün təşviqi üçün araşdırmalar aparır,

Diplomatiya və sülh təşəbbüslərinə dəstək verir,

Təlimlər və proqramlar vasitəsilə münaqişələrin həlli üzrə təcrübə paylaşır.

Qısaca, USIP beynəlxalq və daxili münaqişələrin qarşısını almaq və sülhü gücləndirmək məqsədli ABŞ-ın federal institutudur.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir