Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri bu ilin yanvar–noyabr aylarında geniş əhatəli xidmətlərlə diqqət çəkib.
Rəsmi məlumata görə, qeyd olunan dövrdə əlilliyi olan 40,6 min uşaq müxtəlif reabilitasiya proqramlarına cəlb edilib. Onlardan 27,4 mininə ambulator, 2 mininə isə stasionar formada tibbi və sosial reabilitasiya xidmətləri göstərilib. Digər uşaqlar icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərindən yararlanıblar.
Reabilitasiya tədbirləri Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, həmçinin Qəbələ və Şəmkir rayonlarındakı müvafiq mərkəzlərdə həyata keçirilir. Bu mərkəzlərdə uşaqların sağlamlığının bərpası, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində kompleks xidmətlər təqdim olunur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

