Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək. Yenifikir.media xəbər verir ki, səfər proqramında əsas mövzular müttəfiqlərlə görüşlər və Rusiya–Ukrayna müharibəsinin sona çatdırılması yollarının müzakirəsi olacaq.
Zelenskinin ABŞ-da, o cümlədən Prezident Donald Trampla olmaqla, 20-yə yaxın görüşü nəzərdə tutulur.
Dövlət başçısı həmçinin Ukraynada istehsal olunan pilotsuz dəniz vasitələrinin ixracı ilə bağlı təkliflərin hazırlanaraq müttəfiqlərə təqdim ediləcəyini bildirib.
“Bu həftə həm diplomatik mövqeyimizi, həm də ordumuzu gücləndirəcək,” – Zelenski vurğulayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

