Elm, mədəniyyət, incəsənət və musiqi sahələrində iz qoymuş, öz yaradıcılığı və çoxşaxəli fəaliyyəti ilə Azərbaycan ictimai həyatında mühüm rol oynayan bir sıra tanınmış azərbaycanlılar tariximizin yaddaşında xüsusi yer tutur. Onların elmi nailiyyətləri, sənət əsərləri və yaradıcılıq irsi bu gün də dəyərini qoruyur və gələcək nəsillər üçün örnək hesab olunur. Yenifikir.media 31 dekabr tarixində anadan olmuş belə şəxsiyyətlərdən bir neçəsi haqqında qısa məlumat təqdim edir.

Yusif Heydər oğlu Məmmədəliyev — 31 dekabr 1905-ci il Naxçıvan qəzasının Ordubad şəhərində anadan olub. Azərbaycan kimya elminin banilərindən biri, akademikdir. Neft-kimya və kataliz sahəsində mühüm elmi araşdırmalar aparıb. 15 dekabr 1961-ci ildə Bakıda vəfat edib.


Rauf Kazımovski — 31 dekabr 1928-ci il
Televiziya və radio rejissorluğu sahəsində mühüm xidmətləri ilə tanınıb. Azərbaycan Televiziyasının formalaşmasında xüsusi rolu olub. Klassik ədəbiyyat nümunələrinin səhnə və ekran versiyalarını uğurla təqdim edib. 2 mart 1976-cı ildə dünyasını dəyişib.

Bəhmən Vətənoğlu — 31 dekabr 1932-ci il
Şair və publisist kimi Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu ilə seçilib. Şeirlərində vətənpərvərlik və mənəvi dəyərlər əsas yer tutub. 30 sentyabr 2004-cü ildə vəfat edib.

Yalçın Rzazadə — 31 dekabr 1946-cı il
Azərbaycan estrada musiqisinin tanınmış müğənnisi olub. Uzun illər səhnədə fəaliyyəti ilə tamaşaçı rəğbəti qazanıb, bir sıra məşhur mahnıların ifaçısı kimi tanınıb. 22 fevral 2021-ci ildə 80 yaşında vəfat edib.

Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev — 31 dekabr 1962-ci il Bakının Kürdəxanı kəndində olub. Azərbaycanın tanınmış və sevilən meyxanaçılarından biridir.Bayram Kürdəxanlı 2017-ci ildə vəfat edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir