Böyük Britaniyanın xarici işlər naziri Yvette Kuper Qəzzədə artan gərginliklə bağlı narahatlığını ifadə edib.Yenifikir.media xəbər verir ki, nazir sosial şəbəkədə paylaşım edərək yazıb: “Qəzzədə vəziyyət çox narahatedicidir. Atəşkəsə əməl olunmalı, humanitar yardımlar fasiləsiz şəkildə çatdırılmalıdır.”
Kuper bütün tərəfləri atəşkəs razılaşmasına sadiq qalmağa və daha çox qan tökülməsinin qarşısını almağa çağırıb.
Qəzzadə İsrail ordusunun Rəfah və Nusayrat bölgələrinə endirdiyi hava zərbələri beynəlxalq etirazlara səbəb olub. Həmas bu hücumları “atəşkəsin pozulması” kimi qiymətləndirib.
Qeyd edək ki,İsrail ordusu isə daha sonra atəşkəsin yenidən qüvvədə olduğunu açıqlayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

